Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) "əş-şüruq" internet səhifəsinə istinadən verdiyi xəbərə görə May ayının 10-da İstambulda müsəlman alimlərin beynəlxalq toplantısı "İctihad, qiyas; orjinallıq, yenilik, perspektiv" ünvanı ilə işə başladı.
Bu torplantıda dünyanın müxtəlif ölkələrindən olan müsəlman alimlər "ictihad" və "qiyas"ın müxtəlif cəhətlərini İslamın fiqhi mənbələrində araşdıracaq və müsəlmanların qarşısında olan problemlərin həlli üçün "ictihad"ın faydalı işləmlərini müzakirə edəcəklər.
Toplantıda Türkiyə, Məğrib, Əlcəzair, Tunis, Misr, Ərəbistan, Yəmən, İordaniya, Sudan, Mavritaniya, Hindistan, Bosniya, Herzeqovin, Kosova və Nigeriyadan alimlər iştirak edirlər.
Yeni İslam qanunlarında "İctihadi" məsələlərin araşdırılması və "ictihad"da təfrit və ifrat arasında ortaq bir məxrəc yaratmaq İstambulda keçirilən bu toplantının əsas hədəfidir.
Bu toplantı Türkiyənin "Yeni Ümid" və Ərəbistanın "Həra" nəşriyyatının nəzarəti altında keçirilir. İki gün davam edən bu toplantı birgə bəyaniyyə verərək öz işlərini yekulaşdıracaqdır.