
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respiblikasının "İncəsənət Mədəniyyəti Evi"nin ümumi əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə Tehranın "Fələstin Müasir İncəsənət Muzeyi"ndə "Qəzzə dünya karikaturçularının baxışında" sərgisi keçirilir. Sərginin məqsədi məzlum Fələstin xalqını himayə etməkdir.
Sərgi dünən, Avqust ayının 13-də Tehranın "Fələstin Muzeyi"ndə öz işinə başlamış və 27-dək davam edəcəkdir.
Bu sərgidə dünyanın 20 ölkəsindən 80 karikaturçu iştirak edir. Bu ölkələr arasında Brazilya, Çin, Kuba, Almaniya, Türkiyə, Livan, Suriya və Hindistan da vardır.
Sərgi İran İslam Respublikasının "Fələstin İncəsənət Mədəniyyəti Muzeyi" və "İslam İnqilabı və Müqəddəs Müdafiə Təsviri İncəsənəti Birliyi"nin həmkarlığı ilə keçirilir.