IQNA

Ben-Qvir fələstinli məhbusların Quranlarını müsadirə edib

9:58 - August 07, 2026
Xəbər sayı: 3500902
İQNA – İsrail rejiminin daxili təhlükəsizlik nazirinin göstərişi ilə Nəqəb həbsxanasının əməkdaşları həbsxanaya basqın zamanı Quran nüsxələrini müsadirə edərək, hər bölmə üçün cəmi bir nüsxə saxlayıblar.

“İQNA”, "Əl-Mayadin"ə istinadən xəbər verir ki, İsrail rejiminin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir cümə axşamı günü Nəqəb həbsxanasına basqın edib və gözətçilərə fələstinli məhbuslara məxsus qalan geyimləri qeyri-qanuni şəkildə müsadirə etməyi əmr edib.

Bu barədə Fələstinli Məhbusların Media Bürosu məlumat yayıb.

Büro bildirib ki, həbsxana əməkdaşları basqın zamanı Quran nüsxələrini də müsadirə edərək, hər bölmə üçün yalnız bir nüsxə saxlayıblar. Bu əməliyyatdan sonra məhbuslar ən minimal geyimlərlə saxlanılıblar.

Məhbusların Media Bürosu Nəqəb həbsxanasında vəziyyətin getdikcə pisləşdiyini qeyd edərək, qida və gigiyena vasitələrinin daimi çatışmazlığı, habelə daha sərt cəza tədbirləri və təkrar zorakılıq hallarından şikayətlənib.

Təşkilat bu vəziyyətin yüzlərlə məhbusun həyatını təhlükəyə atdığını vurğulayaraq, bu qeyri-insani hərəkətlərə son qoyulması üçün dərhal tədbir görülməsinə çağırıb.

İsrail rejiminin həbsxanalarında hazırda 94-ü qadın və 350-dən çoxu uşaq olmaqla, təxminən 9500 fələstinli məhbus saxlanılır.

Cümə axşamı günü baş verən basqın Ben-Qvirin 2022-ci ilin sonlarında vəzifəyə gəldiyi vaxtdan bəri fələstinli məhbuslara qarşı tətbiq etdiyi məhdudiyyətlərin davamıdır. Bu məhdudiyyətlərə əsas hüquqlardan məhrumetmə, aclıq, tibbi laqeydlik, işgəncə və uzunmüddətli təcrid daxildir.

İnsan hüquqları təşkilatları beynəlxalq qurumlardan bu hesabatları araşdırmağı və beynəlxalq humanitar hüquqa riayət olunmasını təmin etməyi tələb ediblər.

4368368

Teqlər: fələstin ، məhbus ، quran ، israil
captcha