İQNA – BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan hüquqları üzrə xüsusi məruzəçisi soyqırım və aparteidin İsrail rejimində dövlət layihələrinə çevrildiyini vurğulayaraq, bu rejimə qarşı sanksiyaların tətbiq edilməsini, beynəlxalq səviyyədə təcrid olunmasını və ona silah tədarükünün tamamilə dayandırılmasını tələb edib.
“İQNA”-nın "Rusiya Əl-Yəvm"-ə istinadən verdiyi məlumata görə, BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan hüquqları üzrə xüsusi məruzəçisi Françeska Albanize sosial şəbəkələrdə yaydığı bəyanatda bildirib: "İsrail Fələstinlə bağlı öz əsl baxışını ortaya qoyub; elə bir baxış ki, orada Fələstinə heç bir yer ayrılmır və bu nöqteyi-nəzərdən çaydan dənizə qədər (İordan çayı ilə Aralıq dənizi arasındakı ərazi) heç bir fələstinli qalmayacaq. Üstəlik, soyqırım və irqi ayrı-seçkilik İsraildə dövlət proqramlarıdır."
O, sözlərinə belə davam edib: "Yaxşı İsrail" və "pis İsrail" deyə bir anlayış yoxdur, hamısı bütövlükdə birdir. Buna görə də İsraili cəzalandırın, onu təcrid edin, ticarət əlaqələrini kəsin və silah tədarükünü dayandırın."
O, sonda vurğulayıb: "Fələstinin işğalı fəlakəti, yəni "Nəkbə" heç vaxt bitməyib."
Albanizenin mövqeyi ərəb və İslam ölkələri, eləcə də bir çox digər dövlətlər, həmçinin "Amnesty International" və "Human Rights Watch" kimi beynəlxalq insan hüquqları təşkilatları tərəfindən geniş dəstək alıb. Bir sıra bu cür təşkilatlar beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması hallarını sənədləşdirirlər.
4369048