IQNA

20:12 - August 11, 2026
Xəbər sayı: 3500940

İmam Əli (ə) hərəmində yeniyetmələr üçün Quran məqamları müsabiqəsi keçirilib

İQNA – İmam Əli (ə) hərəminin nəzdində fəaliyyət göstərən Darul-Quranil-Kərim mərkəzi, iştirakçıların Quran məqamları haqqında biliklərini artırmaq və bacarıqlarını təkmilləşdirmək məqsədilə 120 yeniyetmənin iştirakı ilə ixtisaslaşdırılmış müsabiqə təşkil edib.

“İQNA”-nın İmam Əlinin (ə) hərəminin saytına istinadən verdiyi məlumata görə, Darul-Quranil-Kərim mərkəzinin məsul şəxslərindən biri olan Əmir Kəssar bu barədə bildirib: "Hərəmin rəhbərliyinin nəzarəti altında avqustun 9-da başlayan bu müsabiqənin məqsədi, mərkəzdəki mövcud təlim kursları ilə paralel olaraq, yeniyetmə yaş qrupunda olan Quran öyrənənlərin məqamlar haqqında məlumatlarını dərinləşdirmək və onların tilavət bacarıqlarını inkişaf etdirməkdir".

 

برگزاری مسابقه مقامات قرآنی نوجوانان در آستان مقدس علوی

O əlavə edib ki, müsabiqə proqramı Quranın bir hissəsinin seçilməsi və onun müxtəlif Quran məqamlarından istifadə edilərək ifa olunmasını əhatə edir. O, 120 şagirdin iştirak etdiyini qeyd edərək, Quran məqamları sahəsində mərkəzin mütəxəssislərindən ibarət xüsusi bir komitənin müsabiqənin gedişatına nəzarət etdiyini və iştirakçıların çıxışlarını qiymətləndirdiyini xatırladıb.

 

برگزاری مسابقه مقامات قرآنی نوجوانان در آستان مقدس علوی

Qaliblərin mükafatlandırılması

Kəssar qeyd edib ki, avqustun 11-dək davam edən bu müsabiqənin sonunda ən yaxşı nəticə göstərən üç iştirakçı pul mükafatları ilə təltif olunacaq. Bu addım onların layiqli nailiyyətlərini dəyərləndirmək və Quran bacarıqlarını təkmilləşdirməyə davam etmələri üçün onları həvəsləndirmək məqsədi daşıyır.

Bu yarışlar İmam Əlinin (ə) hərəminin dəstəyi ilə keçirilən və Quran mədəniyyətini təbliğ etmək, şagirdlərin tilavət və ifa elmləri sahəsindəki bacarıqlarını gücləndirmək məqsədi daşıyan təlim-tərbiyə və mədəni proqramlar silsiləsinin bir hissəsidir.

برگزاری مسابقه مقامات قرآنی نوجوانان در آستان مقدس علوی

4369167

Teqlər: İmam Əli ، hərəm ، quran ، müsabiqə
captcha