İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İRCİCA" xəbər agentliyinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Türkiyənin İstambul şəhərində İslami Həmkarlıqlar Təşkilatının nəzdidə fəaliyyət göstərən "İslam Tarixi, İncəsənəti və Mədəniyyəti tədqiqat mərkəzi"nin (İRCİCA) təşəbbüsü ilə Sentyabr ayının 12-dən 17-dək İslami Hüsnxət incəsənəti barədə böyük sərgi keçiriləcək.
Sərgi İslam dünyasında Hüsnxətt incəsənətinin əhəməiyyətinin keçmişdə, hazırda və gələcəkdə tanıtdırmaq və bu incəsənət növünün mədəniyyətlər arası əlaqələrin qorunması və genişlənməsindəki rolunu və əhəmiyyətini açıqlamaqdır.
Bu sərgidə İslam dünyasında Hüsnxətt incəsənətinin əhəməiyyətinin araşdırılması ilə yanaşı məşhur İslami və Qurani hüsnxətt əsərləri də tamaşaya qoyulacaqdır.
Həmçinin bu işdə zəhməti keçmiş və bu sənətin çiçəklənməsinə xidmət göstərmiş insanlar və qrumlar mükafatlandırılacaqdır.