IQNA

İran kinosunun üstünlüyü ilə;

Kazanın İslami film beynəlxalq festivalı sona çatdı

13:44 - September 14, 2014
Xəbər sayı: 1449875
Xarici şöbə: Kazanda keçirilən İslami Film Beynəlxalq Festivalının 10-cu turu İran İslam Respublikasının istehsalı olan "Keçən qış" filmini "ən yaxşı film" kimi qalib elan edərək öz işini sona çatdırdı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Avropa şöbəsinin verdiyi xəbərə görə həftənin cümə günü, sentyabr ayının 13-də Rusiya Federasiyasının Tatarıstan cümhuriyyərinin mərkəzi olan Kazanın "Pramida" toplantı salonunda keçirilən İslami Film Beynəlxalq Festivalının 10-cu turu İran İslam Respublikasının istehsalı olan "Keçən qış" filmini "ən yaxşı film" kimi qalib elan edərək öz işini sona çatdırdı.



Bu festivalda dünyanın 20 ölkəsi iştirak edirdi. Festivalda uzun və qısa filmlər, cizgi filmləri və sənədli televiziya filmləri nümayiş etdirildi.



İran İslam Respublikası bu festivalda Səlim Salavatinin rejissroluğu ilə çəkilmiş "Keçən qış" (The last Winter) filmi ilə üstünlüyü əldə etdi.



Tatarsıtan cümhur başkanı, Tükr dilli ölkələrin beynəlxalq birliyi (Türksoy) və Rusiya kino tənqidçiləri təşkilatının xüsusi mükafatı Larisa Sadiliyevanın rejissorluğu ilə çəkilmiş "She" filminə təqdim edildi.



Festivalın hakim heyətini Azərbaycan, Türkmənistan, Türkiyə və Kareyadan hakimlər təşkil edirdilər. Bu heyətdə İrandan hakim dəvət olunsa da, iştirak edən olmamışdır.



Bu festival 2005-ci ildən keçirilir və İran filmləri həmişə öz insani və əxlaqi məzmunları ilə fərqlənmişdir. 



1449301

Teqlər: iran ، kazan ، rusiya ، film ، festival
captcha