IQNA

Amerikanın Fiqhi Şurası Oktyabr ayının dördünü "Qurban Bayramı" elan etdi

23:51 - September 26, 2014
Xəbər sayı: 1454096
Beynəlxalq qrup: Şimali Amerikanın Ali Fiqhi Şurası cari ilin Oktyabr ayının 4-cü gününü (Zil-Həccə ayının 10-cu günü) Qurban Bayramı elan etdi.


 İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "on islam" xəbər agentliyinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Şimali Amerikanın Ali Fiqhi Şurası astranomik hesablamalara əsasən cari ilin Okryabr ayının 4-cü gününün Zil-Həccə ayının 10-cü gününə təsadüf etdiyini bildirərək, Oktyabr ayının 4-cü gününü Qurban Bayramı olaraq elan etmişdir.



Şimali Amerikanın Ali Fiqhi Şurası öz internet informasiya sayıtında bəyaniyyə yayaraq bildirib ki, aparılan astranomik hesablamalara və fiqhi araşdırmalara görə sentyabr ayının 25-cü günü Zil-Həccə ayının birinci günü olduğu üçün bu ilin Qurban bayramı Oktyabr ayının 4-cü gününə (Zil-Hiccə ayının 10-cu günü) təsadüf edəcək. Bu xəbərə görə Ərəfə günü Oktyabr ayının 3-cü gününə təsadüf edəcək.



Qurban bayramı müsəlmanların böyük bayramlarından biridir ki, onlar bu bayramda Həzrət İbrahim peyğəmbərin (s) böyük fədakarlığını və oğlu İsmaili qurban kəsəcək qədər Allaha olan itaətkarlığını yada salaraq bu günü bayram keçirdirlər. 1453597

captcha