IQNA

Qətif əyalətində Quran-Kərim sərgisi açıldı

23:59 - October 15, 2014
Xəbər sayı: 1460712
Beynəlxalq qrup: Ərəbistanın şiələr yaşayan Qətif əyalətinin Senabs şəhərinin “Zəyan” Tarix və İncəsənət sərgilər salonunda Quran-Kərimlə bağlı müxtəlif əsərləri ehtiva edən səgrinin açılışı oldu.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “cəhinə” qəzetinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Oktyabr ayının 13-də (Qədir-Xum bayramı günü) Ərəbistanın şiələr yaşayan Qətif əyalətinin Tarut yarımadasında yerləşən Sənabis şəhərinin “Zəyan” Tarix və İncəsənət sərgilər salonunda Quran-Kərimlə bağlı müxtəlif əsərləri ehtiva edən səgrinin açılışı oldu. Bu sərgidə Quran-Kərimlə bağlı müxtəlif əsərlər, o cümlədən 10 kq-lıq Quran, 8 metrlik Quran, Osmanlı dövründən qalma və 135 il tarixi olan qədim Quran nüsxəsi, 722 il tarixə malik Qurandan bir hissə və s... tamaşaçıların ixtiyarina qoyulmuşdur. Bundan əlavə bu sərgidə Kəbənin daxili və xarici pərdəsi və çox qədim Quran nüsxələri sərgilənir ki, qədim türk, hind, osmanlı və digər xalqlara aiddir. Sərginin məsullarından olan Əli Abdullah Müqəbqəb dedi: Bu sərgid Quran-Kərimin müxtəlif dillərə təcüməsi, görmə əlilləri üçün Bril Quran nüsxələri, tarixi 150 il öncəyə qədər olan üzərinə Quran ayələri yazılmış qədim döyüş alətləri, üzərin ayələr yazılmış bəzək əşyaları, sandıqçalar da sərgilnmişdir. Sərgidə uşaqlar üçün də “Quran və uşaq”, Quran nüsxələrinin təmiri və yenilənməsi və Quranda mənəvi saflıq və s... kimi maraqlı bölmələr də vardır. 1460382







captcha