IQNA

Üçüncü Qədir-Xum festivalının proqramları;

İmam Əli (ə) hərəmində Quranla ünsiyyət məclisi / Vatikan heyəti Nəcəf-Əşfərdə olacaq

7:54 - October 19, 2014
Xəbər sayı: 1461436
Beynəlxalq qrup: İmam Əli (ə) hərəminin idarə şurası Üçüncü Beynəlxalq Qədir-Xum Festivalının proqramlarını açıqlayaraq bu festival zamanı İmam Əli (ə) hərəmində Quranla ünsiyyət məclisinin də keçiriləcəyi barədə xəbər verdi.

 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İmam Əli (ə) hərəminin rəsmi informasiya saytına (www.imamali-a.com) istinadən verdiyi xəbərə görə İmam Əli (ə) hərəminin idarə şurası Üçüncü Beynəlxalq Qədir-Xum Festivalının proqramlarını açıqlayaraq xəbər verib ki, bu gün (19, 10, 2014) sübh saat 7:00-da İraqın Nəcəf-Əşrəf şəhərindən İmam Əlinin (ə) hərəmində “Üçüncü Beynəlxalq Qədir-Xum Festivalı”nın açılış mərasimi olacaq.

Müxtəlif proqramları özündə ehtiva edəcək bu festivalda dünyanın 33 ölkəsindən və İraqın özündən elm, din, mədəniyyət və incəsənət kimi sahələrdə tanınmış və nüfuzlu olan 100 nəfər şəxsiyyət iştirak edəcəkdir.

Festivalın açılış mərasimində müsəlman və məsihi alimləri İmam Əli (ə) təfəkkürü, Qədir-Xum və bu bayramın bəşəri misyası barədə çıxışlar edəcəklər.

Festivalın ikinci günü İraq universitetlərindən festival göndərilmiş və İmam Əli (ə) təfəkküründə hökumət mövzusu ilə bağlı 50-yə yaxın araşdırma və məqalələr oxunacaqdır.

Festivalda İslam ölkələrindən olan şairlərin iştirakı ilə şer gecəsi də keçiriləcəkdir. Həmçinin qonaqlar İraqda olan müqəddəs hərəmləri də ziyarət edəcəklər.

Festivalın üçüncü günü mərasimə dəvət olunmuş 33 ölkədən olan 100 nəfər şəxsiyyət, Vatikan heyəti və məsihilərin yepiskopları təqdir olunacaqlar.

Festivalın sonunda Quranla ünsiyyət məclisi keçiriləcəkdir.  

Qeyd edək ki, bu festivalın birinci mərasimi iki il öncə və İmam Əlinin (ə) şəxsiyyət və fəzilətləri və əxlaqi, insani dəyərləri mövzusu ilə keçirilmişdi. Mərasimdə müxtəlif ölkələrdən qonaqlar iştirak etmişdi.

1461269             

Teqlər: qədir ، xum ، imam ، əli ، nəcəf ، vatikan
captcha