IQNA

Danimarkada qadınların dördüncü Quran yarışı keçirilir

16:52 - September 07, 2010
Xəbər sayı: 1989949
Fəxri jurnalistlər şöbəsi: Əkbər Pustçiyan: Qadınların dördüncü Quran yarışı sentyabrın 5-də Danimarkanın Kopenhagen şəhərinin İmam ƏLi (ə) məscidində start verildi.
IQNA Quran Xəbər Agentliyi:"Mübarək Ramazan ayında sentyabr ayının 5-də Kopenhagen şəhərinin İmam Əli məscidində qadınların dördüncü Quran yarışlarına start verildi. Yarışlar qiraət, təcvid və əzbərləmə bölmələrində keçirilir", -deyə Dördüncü Quran yarışlarının təşkilatçısı "Yasəmin Türki" İQNA Quran Xəbər Agentliyinin fəxri müxbiri ilə müsahibəsində deyib.
Onun sözlərinə görə, Quran yarışında Danimarkanın Kopenhagen şəhərində yaşayan İran, İraq, Pakistan, Livan və Əfqanıstandan əsilli vətəndaşlardan 86 nəfər qatılıb.
Xanım Türki əlavə edib ki, kişilər üzrə Quran yarışları Ramazan ayının 14, 15 və 16-da keçirilib. "Qadınlar üzrə quran yarışları üç gün ərzində təşkil olunacaq", -deyə xanım Türki deyib.
Yarışda 5 yaşından 57 yaşına kimi şəxslər qatılıb. Birinci, ikinci və üçüncü yerin sahiblərinə bahalı hədiyyələr veriləcək.
649243
captcha