İQNA Quran Agentliyi "Zavaya" xəbər agentliyinə istinadən məlumat verir ki, bu bələdçi kitabça İslami bankçılıq və maliyə fəaliyyətləri ilə maraqlananlar üçün dəyərli mənbə ola bilər. Kitabça 72 səhifədə çap olunub.
"Kitabçanın mövzuları sadə və başa düşülən dildə yazılıb. İslami bankçılıq sahəsində mütəxəssis olmayan şəxslər bu kitabçanı asanlıqla başa düşür", -deyə Bəhreyn Bankçılar birliyinin icraçı direktoru Robert Ayni deyib.
O əlavə edib ki, İslami Banlar dünya maliyyə böhranını islami şəriət hökmlərindən yararlanmaqla geridə qoya bilib. İslami ticari bölmələr dünya müsəlmanlarında daha çox sərmayələr əldə etməyə hazırdır.
Qeyd edək ki, Bəhreyn Yaxın Şərq regionunda ən çox islami maliyyə müəssisələri və bankları olan ölkədir. Bu kitabçanın çap olunması İslami maliyyə sahəsi ilə maraqlananlar üçün atılmış müsbət addımlardandır. 669549