IQNA

Bəşər üçün ən yaxşı nümunə İslam Peyğəmbərinin (s) yaşam tərzidir

23:57 - October 10, 2010
Xəbər sayı: 2010220
Beynəlxalq şöbə: İstanbulda keçirilən “Peyğəmbərin Yolu” konfransında çıxış edən Mİsirin müftisi Əli Cümə həzrət Məhəmməd Mustafa (s) yaşam tərzinin bütün insanlar üçün ən yaxşı nümunə olduğunu bildirib.
İQNA Quran agentliyi “medya73” saytına istinadən məlumat verir ki, Misirin müftisi Əli Cümə ötən gün “Peyğəmbərin Yolu” beynəlxalq konfransın açılış mərasimində çıxış edərək bildirb ki, İslam Peyğəmbərinin (s) yaşam tərzinin hər bir anı dünyanın bütün insanları üçün nümunədir. O əlavə edib ki, Peyğəmbər (s) dörd əhəmiyyətli nümunəni müsəlmanlar arasında Məkkədə təbliğ etdiyi dövrdə səbr və dözümlülüyü, ikinci HƏbəşəyə hicrət zamanı digər insanlarla sülh şəraitində və birgə yaşamağı, üçüncü Mədinədə birinci yaşadığı dövrdə cəmiyyətin digər insanlarına köməklik etməyi və dördüncü Mədinədə ikinci dəfə yaşadığı dövrdə digər din mənsubları və cəmiyyətinin digər şəxsləri ilə ədalətli rəftar etməyi miras qoyub.
Əli Cümə əlavə edib ki, hər bir müsəlman hər hansı bir cəmiyyətdə yaşayırsa bu dörd əsası özünə nümunə seçməlidir. Bu hərəkətlər Allahın ən yaxşı bəndələrinin birinin hərəkətidir ona görə bu nümunələrdən istifadə etmək bəşərin səadət yolu və cəmiyyətin inkişaf etmək yoludur.
Qeyd edək ki, Türkiyənin Diyanət Təşkilatının sədri Əli Bardakoğlu, Türkiyə İslami Hüquq məsələləri üzrə professor Harettin Karaman, Misirn müftisi Əli Cümə, Mərakeş alimlərindən Əhməd İbad, Suriya alimlərindən Vəhab Züheyli və Səid Ramazan Əl- Buti və digər ölkələrdən müsəlman şəxsiyyətlər İstanbulda keçirilən “Peyğəmbərin Yolu” konfransında iştirak edir.
Konfransda imanın əsasları, islamda qəza və qədər, peyğəmbərin baxışında hökumət və insanların münasibəti, cəmiyyətdə qadın və kişinin münasibətlərində evlənmənin rolu, Peyğəmbərin digər din mənsubları ilə rəftarı və digər məsələlər müzakirə olunacaq.
Oktyabrın 9-da İstanbulda başlamış "Peyğəmbər Yolu" konfrans bu gün sona çatacaq.
671713
captcha