Beynəlxalq şöbə: Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarəti etmək üçün Məkkəyə yola düşüb.
İQNA Quran Agentliyi Azərbaycanın Trend informasiya agentliyinə istinadən məlumat verir ki,
Azərbaycanlı zəvvarların ilk qrupu çərşənbə axşamı Məkkəyə yola düşüb.
Bakının "Azadlıq" meydanından 22 avtobus (681 zəvvar) Hacı olmaq üçün yola düşüb.
Noyabrın 3-də daha 24 avtobus (780 zəvvar) Azərbaycandan Məkkəyə yola düşəcək.
Noyabrın 2-5-də 800 zəvvar təyyarə ilə Məkkəyə yola düşəcək.
Qurban Bayramı bu il noyabrın 16-17-də qeyd ediləcək.