IQNA

Ərdəbilin imam cüməsi: Alma qəzeti cəzalandırılmalıdır

0:15 - November 06, 2010
Xəbər sayı: 2025893
Beynəlxalq şöbə: Vəliyyi-Fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi bu gün Ərdəbilin cümə namazı xütbələrində Peyğəmbər-Əkrəm (s.ə.s)-ın müqəddəsliyinə qarşı Azərbaycan Respublikasının bir nəşr orqanının hərəkətini pisləyib və bu ölkə hökumətindən istəyib ki, bu hərəkətlə ciddi davransın.
İQNA Quran agentliyi “Səhər” kanalına istinadən məlumat verir ki, Ərdəbilin cümə namazı xitabətçisi deyib: Şübhəsiz Peyğəmbər-Əkrəm (s.ə.s)-a qarşı Alma həftəliyinin təhqiramiz hərəkətinin arxasında sionistlər dururlar və bu hərəkətlə müsəlmanlar arasında ixtilaf yaratmağı düşünürlər.

Azərbaycan Respublikası hökumətini tənqid edən Ərdəbil cümə namazının xitabətçisi deyib: Azərbaycan Respublikası prezidenti Bakıda yəhudilərin böyük mədəniyyət mərkəzinin açılış mərasimində iştirak etməklə bu hərəkəti bu ölkədə azadlıq və tolerantlığın kulminasiya nöqtəsi kimi qeyd edirsə, nə üçün bəzi dairələr tərəfindən islama qarşı hərəkətlər qarşısında sükut edir.
captcha