İQNA Quran agentliyi ANS PRESS-ə istinadən məlumat verir ki, Bu haqda Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. “Bütün zəvvarlar artıq ziyarətlərini başa vurublar. Avtobusla Həcc ziyarətinə gedən zəvvarlar bu gün Məkkədən vətənə qayıtmaq üçün yola düşəcəklər. Onların təxminən 26-27 noyabr tarixlərində Azərbaycana çatacaqları gözlənilir. Təyyarə ilə gedən zəvvarların isə 22, 23, 24 və 25 noyabr tarixlərində ardıcıllıqla Azərbaycanda olmaları gözlənilir”, - deyə Rəhimə Dadaşova bildirib.
Qeyd edək ki, bu il Həcc ziyarətinə noyabrın 2-si saat 08:00-da 22 avtobusdan ibarət ilk karvan Bakının “Azadlıq” meydanından yola düşüb. Noyabrın 3-ü saat 08:00-da isə azərbaycanlı zəvvarların 24 avtobusdan ibarət növbəti ikinci avtobus karvanı paytaxtın “Azadlıq” meydanından ziyarətə yola düşüb. Təyyarə ilə gedən zəvvarlar 3, 4 və 5 noyabr tarixlərində yola düşüblər. Ümumilikdə, bu il Azərbaycana ayrılmış 2 min kvotanın hamısı dolub.