IQNA

Tanınmış memar Afinada tikiləcək ilk məscidin layihəsini hazırlamaq istəyir

22:58 - November 27, 2010
Xəbər sayı: 2038429
Beynəlxalq şöbə: Böyük Britaniyada yaşayan İraq əsilli memar Zəha Hədid Yunanıstanın paytaxtı Afinada tikiləcək ilk məscidin layihəsini pulsuz hazırlamaq istəməyini deyib.
İQNA Quran agentliyi “İslam Today” saytına istinadən məlumat verir ki, Son illərdə Yunanıstanın paytaxtı Afinaya on minlərlə müsəlmanın mühacirət etdiyinə baxmayaraq, şəhər rəsmiləri məscid tikəcəkləri haqda vədələrinə əməl etməyiblər. Şəhərdəki müsəlmanlar dini ibadətlərini yerinə yetirmək üçün şəhərin köhnə binalarından istifadə edirlər. Afinada hələ indiyədək bir dənə də məscid yoxdur.
Britaniyalı tanınmış memar Hədid Afinada ilk məscidin layihəsini hazırlaya biləcəyini deyib. Britaniyalı qadın memar modern layihələr dizayn etmək üzrə tanınmış memardır. Onun gördüyü işlərdən soncusu İtalyanın paytaxtı Romanın müasir sənət əsərləri muzeyinin layihəsini hazırlamaq olub.
Yunanıstanda ölkə cəmiyyətinin 90 faizini məshilər təşkil edir. 2004-cü ildə keçirilən olimpiya oyunlarından öncə bu şəhərdə məscid tikilmək üçün müxtəlif layihələr təqdim olunsa da icra olunmayıb.
Qeyd edək ki, onsəkkizinci əsrdə Afinada məscid tikilib, lakin hazırda bu binadan muzey kimi istifadə olunur. Yunanıstanda yalnız Trakiyə şəhərində məscid var. Bu şəhər Yunanıstanın şimal-şərqində yerləşir və burada yaşayanların əksəriyyəti Türkiyə əsilli müsəlmanlardır. 702025
captcha