IQNA

İraqın Nəcəf şəhərində dini elmi tələbələr üçün yaşayış şəhərciyi tikiləcək

20:54 - November 28, 2010
Xəbər sayı: 2039134
Beynəlxalq şöbə: İraqın Nəcəf şəhərinin dini elmi mərkəzində təhsil alan tələbələr üçün xüsusi yaşayış şəhərciyi tikiləcək. Şəhərciyin tikilməsində İraq şiələrinin mərcə-I təqlidi Ayətullah Seyid Əli Sistani köməklik göstərir.
İQNA Quran agentliyi “Əl-Kövsər” saytına istinadən məlumat verir ki, yaşayış şəhərciyi İraq şiələrinin vəqf mərkəzinin ərazisində tikiləcək. Şəhərcikdə 900 mənzil Nəcəf dini elmi tələbələr və onların ailələri üçün tikiləcək.
Şəhərcikdə həmçinin mədəniyyət evi və təhsil müəssisələri də tikiləcək. Layihənin icrası zamanı həmçinin yeni dini təhsil müəssisəsi də tikiləcək. Şəhərcikdə tikiləcək dini təhsil müəssisəsində dərs otaqları, namazxana, kitabxana və idari və yaşayış binaları yerləşəcək. 702073
captcha