İQNA Quran agentliyi “IISMM-EHESS” saytına istinadən məlumat verir ki, Müsəlman cəmiyyəti və İslam araşdırmaları müəssisəsinin (IISMM-EHESS) dəstəyi ilə keçiriləcək konfransda Fransada müsəlmanların necə dəfn olunma qaydaları tarixi və Fransa qanunlarının indiki vəziyyəti məsələsi müzakirə olunacaq.
Konfransda vəfat etmiş müsəlman şəxslər ilə bağlı Fransa mülki qanunları və İslami şəriət qanunlarının uyğunlaşdırılması, Fransada dəfn məsələsində din, məhkəmə, ictimai və tarixi məsələlər, Fransa hökumətinin müsəlman ölülərin dəfni üçün edə biləcyi güzəştlər və s. kimi məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, IISMM-EHESS Fransanın milli təhsil nazirliyi tərəfindən 1991-ci ildə təsis olunub. Müəssisə islami araşdırmalar sahəsində əməkdaşlıqların artırılması və təcrübə mübadiləsi məqsədi ilə təsis olunub. 704380