IQNA

13:20 - January 03, 2011
Xəbər sayı: 2058064
Elm və təfəkkür şöbəsi: Camiətul-Mustafa (s) universitetinin beynəlxalq əlaqələr üzrə rektor müavini bildirib ki, universitetin Tehran şəhərində və Qeşm adasında filialları açılacaq.
İQNA Quran agentliyinin məlumatına əsasən, : Camiətul-Mustafa (s) universitetinin beynəlxalq əlaqələr üzrə rektor müavini Məcid Həkim İlahi bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, hələlik yeni fialların nə zaman açılması dəqiqləşməyib, lakin hazırlıq işləri gedir.
O əlavə edib ki, Camiətul-Mustafa (s) Beynəlxalq Universiteti 1979-cu ildə təsis olunuub və hazırda Qum, Məşhəd, Qorqan, İsfahan və 60 ölkədə nümayəndəlikləri var.
Həkim İlahi deyib ki, Camiətul-Mustafa (s) universiteti Mədəni İnqilab Ali Şurası tərəfindən təsis olunub və universitetin diplomunu İranın Elm Nazirliyi təsdiq edir. "Camiətul-Mustafa (s) universitetində islami elmlər və humanitar elmlər tədris olunur. Universitetdə 158 fənn üzrə orta təhsil, bakalavr pillə , maqistratura pilləsi , doktorluq pilləsində dərslər keçirilir.

Camiətul-Mustafa (s) universitetinin nəzdində Fars Dili öyrənilməsi mərkəzi də fəaliyyət göstərir ki, indiyədək bu mərkəzdə 20 min tələbə Fars dilini öyrənib, -deyə Həkim İlahi deyib.
O həmçinin universitetin qısa müddətli kurslar təşkil etdiyini də bildirib. "Müxtəlif tələbə və müəllim qrupları qısa müddətli kurslarımızda iştirak edir. Cari ilin əvvəlindən indiyədək (İranda il mart ayında dəyişir) 100 dövrdən çox qısa müddətli kurslar təşkil olunub", -deyə Həkim İlahi deyib. 723498


Ad:
E-poçt:
* Comment:
* captcha: