IQNA

21:19 - January 15, 2011
Xəbər sayı: 2064884

“Kövsər” Alimləri Dərnəyi Azərbaycandakı həbsləri qınadı

Beynəlxalq şöbə: “Kövsər” Alimləri Dərnəyi bəyanat yayaraq Azərbaycandakı hicab qadağası və həbsləri pisləyib. Bəyanatın mətnini diqqətinizə çatdırırıq.

İQNA Quran agentliyinin İslam-Azeri.az İnternet qəzetinə istinadən verdiyi xəbərə görə, Bəyanatın mətni belədir:
“Bismilləhir-rahmənir-rahim

اِنَّ اللّٰهَ یُدَافِعُ عَنِ الَّذينَ اٰمَنُوا اِنَّ اللّٰهَ لَا یُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ

"Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!" (“Həcc”, 38)

“İki dövlət, bir millət” deyə adlandırdığımız qardaş Azərbaycanda möminə bacılarımıza qarşı təzyiq və zülmləri, iman və iffətlərinin simvolu olan hicablarına edilən hörmətsizliyi və bu haqsızlıqları dilə gətirib zülm və səhvlərinin düzəldilməsini tələb etməkdən başqa bir günahları olmayan məzlum və mütedeyyin qardaşlarımıza, xüsusilə alim və ziyalılara qarşı tətbiq olunan böhtan, təzyiq və həbsləri şiddətlə qınayır və Azərbaycan hökumətindən bu əyri və səhv siyasətlərindən dərhal imtina etmələrini və öz xalqının haqlı tələblərinə qulaq asmalarını istəyirik. Unudulmamalıdır ki, bir əsrə yaxın zaman dinsizliyin hakimiyyətində qalan bu torpaqlarda köhnə Sovet siyasətləri belə inanc və din mədəniyyətini o çalışqan cəmiyyətdən ayıra bilmədi. Eyni zamanda Azərbaycanın müstəqillik mübarizəsində və müstəqil bir dövlət quruluşunda dindar xalqın və dini arqumentlərin rolu qulaqardına vurula bilməz.
Belə olduğu halda, bu xalqın inanc və mədəniyyətinə qarşı davam etdirilən bu təzyiqlərin nəyə və kimə xidmət etdiyini anlamaq üçün kahin olmağa ehtiyac yoxdur.
Unutmasınlar ki "Hakimiyyət küfrlə ayaqda qala bilər, amma zülmlə əsla!"
Ayrıca bu haqsızlıqlara məruz qalan müsəlman qardaşlarımıza, aydın və alimlərimizə Rəbbimizdən səbir, aramlıq, əcr və savab diləyirik.

یَا اَیُّهَا الَّذينَ اٰمَنُوا اِنْ تَنْصُرُوا اللّٰهَ یَنْصُرْكُمْ وَیُثَبِّتْ اَقْدَامَكُمْ

"Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər." (“Məhəmməd”, 7)”.
captcha