İQNA Quran agentliyinin IIDR saytına istinadən məlumatına əsasən, təfsir dərsi Britaniyanın Quran araşdırmalar akademiyası (BAQS) və London universitetinin birgə əməkdaşlığı ilə təşkil olunur. Dərs səhər saat 9-dan başlayacaq və 18:30-dək davam edəcək.
Təfsir dərsində Quranda bir dastandan necə istifadə olunması, Həzrət Musa (ə) və zalim Firon hökuməti dastanı, Qarun və onun Bəni İsraillə davranış qaydası və sərvət, ağıl və biliyin dəyərinin araşdırılması məsələsi müzakirə olunacaq.
Quran hafizi Həmdur-rəhman Fəhim təfsir dərsini təşkilatçısıdır. Fəhim Əl-Əzhər universitetində İslami fiqh fakültəsinin məzunu, Fransada Avropa elmləri müəssisəsinin məzunudur.
BAQS hər ay Britaniyanın müxtəlif şəhərlərində bir və ya iki təfsir dərsləri təşkil edir. Indiyə kimi Vaqiə, Yasin, Məryəm (s), Kəhv, Əl-Rəhman, Hücərat, Loğman və Hədid kimi surərlərin təfsir dərsi bu akademya tərəfindən təşkil olunub. 737842