İQNA Quran agentliyinin Britaniya İslami Mərkəzinin saytına istinadən məlumat verir kİ, həzrtə Peyğəmbərin (s) və İmam Cəfər Sadiq (ə) milad bayram şənliyi ilə bağlı mərasim yerli vaxtla saat 15:30-da Britaniya İslami Mərkəzində təşkil olunacaq.
Mərasimdə,Londonda yaşayan şiələr iştirak edəcək. Britaniya İslami Mərkəzi həmçnin İran İslam İnqilabının qələbəsinin 32-ci ildönümü münasibəti ilə fevralın 12-də “İran İslam İnqilabı” adlı konfrans təşkil edəcək.
Konfrans yerli vaxtla 17:30-dan 20:30-dək təşkil olunacaq. Konfransda İslam İnqilabının gələcəyi, ilahi və azadlıq bəxş edən inqilab, İslami İnqilab və digər inqilabların fərqi və digər məsələlər müzakirə olunacaq. 742495