IQNA

Dəməşqdə “Pərvin Etisami; nümunəvi ədəbiyyatçı” adlı seminar keçirilib

23:01 - March 14, 2011
Xəbər sayı: 2095900
Mədəniyyət və incəsənət şöbəsi: Suriyanın Dəməşq şəhərində “Pərvin Etisami; nümunəvi ədəbiyyatçı” adlı seminar keçirilib. Seminar İranın Suriyadakı mədəniyyət müşavirliyinin təşəbbüsü ilə təşkil olunub.
İQNA Quran agentliyinin “Sana” saytına istinadən məlumatına əsasən, seminarda Dəməşq universitetinin Fars dili və ədəbiyyatı üzrə professor Neda Həsun və Həlb universitetinin Fars dili və ədəbiyyatı müəllimi Nəcmə Dəri iştirak ediblər.
Neda Həsun seminarda Pərvin Etisaminin həyatı haqqında çıxış edib və deyib ki, İranın tanınmış şairəsi Pərvin səkkiz yaşından şer deməyə başlayıb və ilk qəsidəsini 14 yaşında “Bahar” qəzetində çap elətdirib. Onun şerləri ədəbiyyatçılar arasında böyük rəğbətlə qarşılanıb.
Həsun əlavə edib ki, Pərvin şerlərində təqlid etməyib, bəlkə çalışıb Klassik Fars dili şerində yeni üslubdan istifadə etsin. “O klassik fars dili məfhumu ilə islami mirasını bir-birndə tərkib edib və bu baxımdandır ki, o “Fars şerinin banusu” ləqəbini özünə qazanıb.
Nəcmə Dəri deyib ki, Pərvin Etisaminin fitri pakliğı və öhdəliyi onun şerlərində əyandır və Pərvin qadın, uşaq, yetim, qoca qarı və kasıbdan danışarkən onları çox gözəl vəsf edir, belə ki öz müxatəbinin zehnində həmin şəxslər canlanır.
O əlavə edib ki, əgər Pərvin Etisaminin şerlərində diqqət olunarsa şerlərdə dinamika, dəqiqlik və emosiya hiss olunur və başa düşülür ki, şair bütün hislərini bəşərin xidmətinə sərf edib.763584
Ad:
E-poçt:
* Comment:
* :