IQNA

19:10 - March 27, 2011
Xəbər sayı: 2098370

İKT ABŞ-da Quran yandırılması ilə bağlı BMT -yə müraciət edib

Beynəxalq şöbə: İslam Konfransı Təşkilatı (İKT) ABŞ-da Qurani-Kərimin yandırılmasını pisləyib və bu hörmətsizliklə bağlı BMT Baş katibi Pan Gi Mununa müraciət edib. Müraciətdə ABŞ-ın Florida ştatında keşişin Qurani – Kərimin yandırılması və hörmətsizliyi qətiyyətlə pislənib və bu haqda BMT-nin addım atılması istənilib.

İQNA Quran agentliyinin “Deyli Mil News” qəzetinə istinadən məlumatına əsasən, İKT-nin məktubunu BMT Baş katibinə İran, Pakistan, Tacikistan və Mərakeşin BMT-dəki səfirləri çatdıracaqlar.
İKT həmçinin Quranın yandırılması ilə bağlı BMT-nin İnsan haqları komisarı və Baş Asambeleyanın sədrinə də məktublar ünvanlayıb. İKT-nin məktubu həmçinin BMT-də rəsmi sənəd kimi çap olunacaq.
Qeyd edək ki, martın 20-də Florida ştatının Ginzoil şəhərinin “Dove World Outreach Center” kilsəsində ifratçı keşiş Teri Conz Quran yandırma mərasimi keçirərək Qurani-Kərimi yandırıb.Bu çirkin hərəkət dünya müsəlmanlarının etirazına səbəb olub. 766430
captcha