IQNA

Qazağıstanda “MDB ölkələrində İslamın rolu” adlı konfrans keçiriləcək

23:02 - March 28, 2011
Xəbər sayı: 2098651
Beynəlxalq şöbə: Qazağıstanın Dini İşlər üzrə Dövlət komitəsi və Beynəlxalq İslam Birliyinin təşəbbüsü ilə sentyabrda Astanada “MDB ölkərində İslamın rolu” adlı konfrans keçiriləcək.
İQNA Quran agentliyi “Nəsic” saytına istinadən məlumat verir ki, Qazağıstanın Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Aradıq Duscan Səudiyyə Ərəbistanda Beynəlxalq İslam Birliyinin baş katibi Abdullah bin Əbdül-Möhsin Əl-Türki ilə görüşüb. Görüşdə “MDB ölkərində İslamın rolu” konfransı üçün hazırlıq işləri haqda müzakirələr aparılıb.
Əl-Türki deyib ki, konfransın keçirilməsi islami birliyin güclənməsinə səbəb olacaq. Konfransda həmçinin MDB ölkələrinə üzv müsəlman ölkələrin qarşılaşdığı problemlər müzakirə olunacaq.
Müstəqil Dövlətlər Birliyi İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belorusiya tərəfindən qurulub. Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.
1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avgust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxıb.Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.MDB-yə daxil olmuş dövlətlərin əhalisinin sayı 2006-cı ildə 280 mln. nəfərə bərabər olmuşdur.766668
captcha