İQNA Quran agentliyinin “syria-news” saytına istinadən məlumatına əsasən, Bəşşar Əsəd ötən gün Şam İslami Araşdırmalar və Şəri Elmlər Mərkəzinin təsis olunması ilə bağlı sərəncamı imzalayıb. Mərkəz Suriya Vəqflər Nazirliyinin tabeliyində olacaq və baş ofisi Dəməşqdə yerləşəcək.
Mərkəzdə Quran və şəriət , din və fəlsəfə əsasları, ərəb dili, İslami araşdırmalar fakültələri fəaliyyət göstərəcək.
Qeyd edək ki, mərkəzin təsis olunmasından məqsəd islami elmin və ərəb dilinin inkişafı, dini araşdırmalar və şəri elmlər üzrə mütəxəssislərin tərbiyələnməsi, xətib və imam camaatların öyrədilməsidir. 769123