İQNA Quran agentliyinin məlumatına əsasən, iqtisadi inkişaf hazırkı dövrdə ictimaiyyətdə xüsusi ilə müsəlman ölkələrində narahatlıq doğuran məsələlərdən biridir. “Quran və hədislərə əsasən iqtisadi inkişaf” kitabı İslamda iqtisadi inkişaf məsələlərindən danışır.
Kitabın müəllifi kitabda iqtisadi inkişafla bağlı islamin baxışlarını araşdırıb və İslam dinin itisadi inkişafla bağlı digər məktəblərlə müqayisədə daha zəngin olduğunu vurğulayıb. Bunun üçün o müxtəlif rəfayətlər və Quran ayələrini ayrı-ayrılıqda araşdırıb.
Müəllif Quran ayələrini və rəvayətləri mövzulara bölərək şiə və sünni mənbələrində olan rəvayətləri mənbələrə istinad edərək bir yerə toplayıb. Kitab beş hissə və bir neçə fəsildən ibarətdir. Kitabda iqtisadi inkişafın əhəmiyyəti, iqtisadi sahədə geridə qalma və onun ziyanları, İslamda itisadi inkişafa edilmiş sifarişlər, yoxsulluq və onun aradan qaldırılması, inkişafın əsasları : bilik, proqram, iş, bazar, məsrəf və dövlət, etiqad, hüquq, əxlaq, ibadət, ictimai və səhiyyə baxımından iqtisadi inkişafın əsasları, sərvətli olmağa fəxr etmək və digər məsələlər müzakirə olunub.
Kitab Ərəb və Fars dillərində çap olunb. Kitabın 1000 tirajla çap olunub.773820