IQNA

Malayzada “XXI əsrdə İslam mədəniyyətinin gələcəyi” adlı konfrans keçirilib

23:20 - April 22, 2011
Xəbər sayı: 2109924
Siyasi və ictimai şöbə: Malayzada Beynəlxalq İslam Araşdırmaları Müəssisəsi və İslami İlər üzrə Mərkəzin təşəbbüsü ilə aprelin 21-də “XXI əsrdə İslam mədəniyyətinin gələcəyi” adlı konfrans keçirilib. Konfrans yerli vaxtla saat 10:00-dan 12-dək davam edib.
İQNA Quran agentliyin məlumatına əsasən, konfransın icraçı direktoru İbrahim Zin və Səudiyyə Ərəbistanın tanınmış qarilərisi və Məscidul-Haramın xətibi və İmamı Şeyx Əbdürrəhman bin Əbdüləziz konfransın açılış mərasimində çıxış edib.
Şeyx Əbdüləziz öz çıxışında XXI əsrdə baş verən dəyişikliklər və gələcəkdə İslam mədəniyyətinin gələcəyi ilə bağlı çıxış edib və konfrans iştirakçıların sual ve cavabı ilə davam edib.
Qeyd edək ki, Şeyx Əbdüləziz Səudiyyə Ərəbistanın Ər-Riyad Universitetinin “Şəriət” fakültəsinin məzunudur və İmam Məhəmməd bin Səud İslam Universitetində Şəriət üzrə maqistranturanı qurtarıb.
O 2005-ci ildə Dubayda keçirilən beynəlxalq Quran yarışmasında “İlin İslami Şəxsiyyəti” kimi tanınıb.778646

captcha