İQNA Quran agentliyinin meltonweekly saytına istinadən məlumatına əsasən, İqra Grammar Kollecinin maliyyə məsələləri üzrə direktoru müavini İmam Bukeş deyib ki, Melton şəhərində çox sayda müsəlmanlar yaşayır və onların İslami qaydalara uyğun məktəbə ehtiyacı var.
O əlavə edib ki, yeni tikiləcək məktəbdə 80 şagird təhsil ala biləcək və nəzərdə tutulub ki, gələcəkdə şagirdlərin sayı 1000 nəfərə qədər artsın.
O deyib ki, hazırda Avstraliyada 35 İslami məktəb fəaliyyət göstərir. Bu məktəblərdə hər din, hər mədəniyyət və hər irqdən insanlar təhsil ala bilər. 781293