IQNA

IKT Yəməndə zorakılıqların artmasından narahatdır

23:02 - May 27, 2011
Xəbər sayı: 2129159
Beynəlxalq şöbə: İslam Konfransı Təşkilatının baş katibi Ekmaləddin İhsanoğlu bəyanat yayaraq Yəməndə bu ölkənin prezidenti Əli Abdullah Salehin müxaliflərinə qarşı zorakılıqların artmasından narahatlığını bildirib.
İQNA Quran agentliyinin “Kona” xəbər saytına istinadən məlumatına əsasən, İhsanoğlu Yəmən rəsmilərini və bu ölkədə olan ictimai – siyasi xadimləri, qəbilə başçılarını günahsız dinc sakinlərə qarşı zorakılıqlardan çəkinməyə çağırıb.
İhsanoğlu Yəməndəki məsələnin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin zəruriliyini vurğulayıb.
İhsanoğlu Fars Körfəzi Əməkdaşlıq Şurasının Yəməndə baş verən böhranın həlli üçün irəli sürdüyü layihənin Yəməndəki qruplar tərəfindən icra edilməsinə çağırıb. Həmin layihəyə əsasən, Əli Abdullah Salehin hakimiyyəti xalqa verilir və Yəməndə sabitlik və vəhdət yaradılır. 799046
captcha