IQNA

Rəfəh sərhəd-keçid məntəqəsi bu gün rəsmən açıldı

22:00 - May 28, 2011
Xəbər sayı: 2129782
Beynəlxalq şöbə: Qəzzə zolağı və Misir sərhəddində yerləşən Rəfəh sərhəd – keçid məntəqəsi bu gün 4 ildən sonra rəsmən açıldı.
İQNA Quran agentliyinin “Fələstinonline” saytına istinadən məlumatına əsasən, Rəfəh sərhəd-keçid məntəqəsi Misir və Qəzzə zolağı arasında yeganə gediş-gəliş məntəqəsidir. Bu gün səhər saat 9-dan Misir rəsmilərinin göstərişi ilə rəsmən açılaraq fəaliyyətə başlayıb. Sərhəd- keçid məntəqəsi cümə günlərindən başqa hər gün yerli vaxtla saat 9-dan 17-dək fəaliyyət göstərəcək.
Qəzzə zolağı sərhəd keçid məntəqəsinin rəisis Səlamə Bərkə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Rəfəh sərhəd keçid məntəqəsindən Fələstin Daxili İşlər nazirliyindən sənədləri qeydiyyatdan keçmiş vətəndaşlar üçün nəzərdə tutulub. Qəzzə polisi Rəfəh keçid məntəqəsindən gediş-gəliş etmək üçün xüsusi qaydalar tətbiq olunacaq. Həmin qaydalar yaxın gələcəkdə elan olunacaq.
Rəfəh sərhəd – keçid məntəqəsi dörd il öncə Misirin o vaxtkı prezidenti Hüsnü Mübarəkin göstərişi ilə bağlanmışdı. Mübarək Sionist rejiminin Qəzzə xalqına təzyiqlər göstərmək siyasətlərinə dəstək məqsədi ilə addımı atmışdı. Sionist rejimi Rəfəh sərhəd-keçid məntəqəsinin açılmasını tənqid edib. 799574
captcha