İQNA Quran agentliyinin məlumatına əsasən, Xanım Fatimeyi –Zəhranın (s.ə) mövludu Azərbaycanın müxtəlif rayon və şəhərlərində o cümlədən paytaxt Bakıda təntənəli şəkildə qeyd olunub.
Eləcə də Əhli-Beyt (ə) aşiqləri və hicablı xanımlar Bakının Bulvar parkında gəzinti təşkil ediblər. Dənizkənarı bulvarda gəzintidə çox sayda hicablı xanımlar və qızlar iştirak ediblər. Polis onların gəzintisinə mane olmaq istəyib.
Qeyd edək ki, mövlud tədbirləri Hövsan, Bülbülə, Buzovna, Masallı, Cəlilabad, Nardaran və digər şəhər və rayonlarda təşkil olunub.798604