IQNA

Ayətullah Fazil Lənkəraninin “Nəhcül-Bəlağə”-yə təfsiri 3 cilldə çap olunub

23:01 - June 08, 2011
Xəbər sayı: 2135197
Mədəniyyət və incəsənət şöbəsi: Ayətullah Fazil Lənkəraninin “Nəhcül-Bəlağə”-yə təfsiri üç cildlik kitab formasında çap olunub.
İQNA Quran agentliyinin Qum şöbəsinin məlumatına əsasən, Əimmə -Əthar (ə) Fiqh Mərkəzinin Beynəlxalq əlaqələr üzrə idarəsinin rəhbəri Seyid Cavad Nurmusəvi bildirib ki, Ayətullah Fazil Lənkəraninin yazdığı kitabların sayı 160 cilddir ki, indiyədək həmin kitablar çap olub və yayımlanır.
Nurmusəvi əlavə edib ki, son günlərdə Ayətullah Fazil Lənkəraninin təlif etdiyi kitablardan daha yeddi cild çap olunub ki, onlardan üç cildi Nəhcul-Bəlağənin təfsiridir.
O əlavə edib ki, mərhum Ayətullah Lənkəraninin digər təlif etdiyi əsərlərdə var ki, nəzərdə tutulub yaxın gələcəkdə onlardan 30 cildi çap olunsun. 805466
captcha