IQNA

Başqırıstan Respublikasında “İsa bin Məryəm” adlı məscid tiklir

0:09 - June 12, 2011
Xəbər sayı: 2136372
Siyasi və ictimai şöbə: Başqırıstan Respublikasında Şaran regionun mərkəzində İslam və Xristianlar arasında yaxınlaşdırma yaratmaq məqsədi ilə “İsa bin Məryəm (ə)” adlı məscid tikilir.
İQNA Quran agentliyinin “islam.ru” saytına istinadən məlumatına əsasən, məscidin tikliməsinə Ural Xeyriyyə Fondu və xeyriyyəçi müsəlmanlar yardım edirlər.
Qeyd edək ki, Şaran regionunda müxtəlif millətlərin nümayədələri yaşayırlar. Onlar müsəlmanlar və xristianlar arasında dostluq və qardaşlığı möhkəmləndirmək üçün məscidin adını “İsa bin Məryəm (ə)” qoyublar.
Məscidin tikinti işləri hazırda tamamlanıb, lakin daxili və xarici dizayn işləri qalır. Məscid Şaran regionunda fəaliyyət göstərəck ilk məscid olacaq.
Qeyd edək ki, Şaran regionun müsəlmanları məscidin tikilməsinə görə çox sevinirlər , bu vaxta kimi onlar öz dini ayinlərini və bayram tədbirlərini icarə etdikləri müvəqqəti yerlərdə təşkil edirdilər. 806525
captcha