Beynəlxalq bölmə: İordaniyanın qadınlara məxsus “Əl-haşemi” altıncı beynəlxalq Quranın təfsiri, tilavəti və əzbərlənməsi müsabiqəsi, xordadın 26-sı, bu ölkənin paytaxtı Amanda başa çatma mərasiminin keçirilməsi ilə öz işini tamamladı.
İranın Quran agentliyinin hesabatına əsasən, İordaniyada çap olunan “ƏL-dəstur” qəzetinin məlumatına görə, bu müsabiqələrin tamamlanma mərasimi İordaniyanın dini işlər üzrə yerli naziri Əbdülrəhim Əl-Əkurun iştirakı ilə Aman şəhərində Əbdullah Bin Əl-Hüseyn adını daşıyan məscidin nəzdində olan mədəniyyət və islam mərkəzinin salonunda keçirildi.
İordaniyanın vəqf idarəsinin nümayəndələrindən olan Əli Əl-Ğəttarəne, İordaniyanın beynəlxalq “Əl-haşimi” Quran müsabiqəsində iştirak edən ölkələrin səfirləri, bəzi alimlər, müəllimlər, ustadlar, İordaniyada Quranın qorunması mərkəzlərinin rəhbərləri və digərləri bu mərasimdə iştirak edirdilər.
İordaniyanın əmlak naziri öz çıxışında bildirdi: İordaniya dövlətinin öz mənəvi və tarixi məsuliyyətlərinə əsasən Qurana və onunla bağlı proqramlara xüsusi rəğbəti vardır. Hal-hazırda İordaniyada olan Quran mərkəzi Qurani-Kərim hafizlərinin təlimi sahəsində böyük irəliləyişlərə nail olub və onları həm daxili, həm də beynəlxalq Quran müsabiqələrində fəal rəqabət aparmaq üçün hazırlayıb. Bu hesabata əsasən, İordaniyada Əl-Haşimi adlı xanımlara məxsus altıncı beynəlxalq Quran müsabiqələri xordad ayının 22-dən başlanmışdır. Bu müsabiqədə 25 islam və ərəb ölkəsinin nümayəndələri iştirak edirdi, onlar müxtəlif şəkildə-Quranın tamamilə və 20, 10 cüzvünün əzbərlənməsi, Qurani-Kərimin tilavəti və təfsiri baxımından rəqabət aparırdılar.
809940