İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, Fars tədqiqat mərkəzi, İİR-nın mədəniyyət mərkəzi yeni Dehlidə Həzrəti Mehdinin (əc) mübarək mövludu münasibətilə Bidel Dəhləvi adına ədəbi təşkilatın 35-ci qurultayı “İntizarlı cümələr” adı altında keçiriləcək.
Bu ədəbi məclis urdu və fars dilli şairlərin intizar mövzusunda şeir oxuması ilə başlanacaq.
Adı çəkilən proqram İran və Hind ədibləri və alimlərinin iştirakı ilə tir ayının 24- ü cümə günü yerli vaxtla saat 18-dən 20-yə kimi Yeni Dehlidə Fars tədqiqat mərkəzinin ictimai salonunda keçiriləcək.
825126