İqna Quran Xəbər Agentliyi (İQNA): Qırğızıstan MÜsəlmanları İdarəsinin qeydə aldığı son statistik məlumatlara görə, Uş vilayətində yuxarıda deyilənlərdən əlavə iki İslami universitet, həmçinin rəsmi qeydiyyatda olmayan çox sayda məscid və mədrəsələr mövcuddur.
Qeyd edək ki, ölkənin 80%-dən çoxu müsəlmandır. Islam bu ölkəyə digər ölkələrdən daha əvvəl gəlmişdir. Ona görə də Qərb mədəniyyətindən və istismarçıların bura nüfuz etməsindən qabaq İslam qayda-qanunları burada hakim olmuşdur.
Qəzetlərin yazdığına əsasən, ölkə ərazisində 2000 məscid vardır və indiyə kimi 800 din təbliğatçısı İslamı təbliğ etmək üçün Qırğızıstana gəlmişlər. Ezam olunanlar əsasən Pakistan, Ərəbistan, misir və sair ərəb ölkələrindəndir.
Xatırladaq ki, ölkə müstəqillik qazanandan burada din seçimində azadlıq verilmişdir. Elə buna görə də Qırğızıstanda çoxlu sayda dini firqələr qeydiyyatdan keçmişdir. Hal-hazırda sülhpərvər ruhiyyəyə malik olan İslam və xristian nümayəndələri ölkədə dövlət icazəsi almaqla fəaliyyət göstərirlər. 842103