İqna Quran Xəbər Agentliyi (İQNA): IINA xəbər agentliyinin verdiyi məlumata görə, 51 ölkədən 350 nümayəndənin qatılacağı bu yığıncaq İndoneziya Parlamentlərarası Əməkdaşlıq Heyəti tərəfindən təşkil ediləcək.
Təşkil ediləcək yığıncaqda iştirakçılar İndoneziyanın PalemBang şəhərini və bu şəhərdə olan məscidləri ziyarət edəcəklər.
Xatırladaq ki, 2010-cu ildə Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən Müsəlman Ölkələr Parlament Birliyi yığıncağına İran İslam Respublikası etiraz edərək qatılmamışdı. İslam respublikası Məclisi və Komitə heyəti bəyanat yayaraq bildirmişdi ki, Müsəlman Ölkələr Parlamentlər Birliyi yarandığı ildən təyin etmiş olduğu hədəflər istiqamətində irəliləməsinə baxmayaraq, 2010-B.Ə.Ə yığıncağında başqa hədəf və düşüncələr mövcuddur. 860719