IQNA

13:28 - September 18, 2011
Xəbər sayı: 2189227

Hindistan, 5-ci İslam İncəsənəti və Arxitekturası Konqresinə ev sahibliyi edəcək

Beynəlxalq şöbə: 5-ci İslam İncəsənəti və Arxitekturası Konqresi Hindistanın paytaxtı Nyu Dehlidə 11-13 noyabr tarixləri arası təşkil ediləcək.

İqna Quran Xəbər Agentliyi (İQNA): İciaa xəbər agentliyinin verdiyi məlumata görə, İslam incəsənəti və arxitekturasını yaymaq və tanıtmaq məqsədi ilə bu konqres İslam Universitetinin Memarlıq Fakultəsi tərəfindən təşkil ediləcək. Bir çox universitet və araşdırma mərkəzindən gələn nümayəndələrin iştirakı ilə keçiriləcək konqresdə İslam arxitekturası və incəsənəti ilə yanaşı müasir dünyada arxitektura mövzusu müzakirə ediləcək.
Tədbirdə həmçinin İslam incəsənət sərgisi də təşkil ediləcək. 862222
captcha