İran Quran Xəbər Agentliyi (İQNA): Mərkəzi Asiya şöbəsinin məlumatına əsasən, bu iclas bəhmən ayının 25-i yerlivaxtla saat 14-dən 17-dək bir qrup alimlərinin, bir sıra tarixçilərin, yazıçı və nüfuzlu incəsənət nümayəndələrinin iştirakı ilə İİR-nın təşəbbüsü ilə Bişkek şəhərinin milli kitabxana salonunda keçirildi.
Bu mərasim qırğız dilində “İslam inqilabının nailiyyətləri” adlı filmlə başladı və davamında İİR-nın səfiri Abidini islam inqilabı rəhbərinin şəxsiyyəti və onun mənəviyyata olan təsirləri barədə danışdı.
Qeyd olunmalıdır ki, bu mərasimlə yanaşı İran inqilabı mövzusu altında müxtəlif dillərdə olan kitab sərgisi də keçirildi və iştirakçılar sonda İİR-nın səfirliyinə belə bir tədbirin keçirilməsi ilə əlaqədar təşəkkür etdi. 953441