İQNA xəbər agentliyinin Avropa üzrə şöbəsinin verdiyi məlumata əsasən Tatarıstanın Dini İşlər İdarəsinin informasiya bürosunun verdiyi xəbərə görə Müsəlman cavanların beynəlxalq festivalı iyun ayının 25-dən başlayaraq ayın sonunadək Tatarıstanın müxtəlif bölgələrində keçiriləcəkdir.
Bu festivalda Rusiya federasiyası və Tatarıstan müsəlman cavanlarının problemləri haqqında və İslami məsələlər və Quran elmləri mövzusunda dəyirmi masa, yarışlar və imtahanlar təşkil olunacaq və təlim düşərgələri qurulacaqdır.
Bundan əlavə müsəlman cavanlar Rusiya federasiyası və Tatarıstanın alimləri və nüfuzlu ruhaniləri ilə görüşlər keçirəcəklər.
1001372