İQNA-nın (İran Quran Xəbər Agentliyi) «Islamic Awakening» saytına istinadən verdiyi xəbərə görə İslam Oyanışı dalğası və İslam dünyasında baş verən hadisələr bu olayların əslinin İslam ideologiyasında olduğunu və bu xalq hərakatlarının İslami mənbələrdən qaynağlandığını göstərir.
Bu arada İslam qadını da İslami dəyərlərin qorunub saxlanılmasında və işğalçı qüvvələr tərəfindən bu inqilablara münhərif mahiyyətlərin nüfuz etməsinin qabağını almaqda, öz rolunu gözəl ifa edir.
İmam Xumeyni (r.ə) qadının ictimai roluna qərli baxışla onu həm hüquqi, həm əxlaqi və həm də siyasi səhnədə himayət edti. İmamın fikrincə qadın İslam hökumətinin qərarlarında dəxalət etməlidir. İmam qadının müxtəlif siyasi-ictimai ərsələrdə rolunu nəzərə alaraq onu siyasi-ictimai məktəb və hərəkətlərin başçısı bilirdi.
Buna görə də "İslam Oyanışı Dünya Birliyi" idarəsi qərara almışdır ki, qadınların müxtəlif ərsələrdə ki, rolunu işıqlandırmaq üçün 2012-ci ilin iyun-iyul aylarında "İslam oyanışı və Qadınlar" beynəlxalq iclası təşkil etsin. Buna görə də qələm sahiblərinə öz məqalə və əsərlərini bu iclasın idarə heyətinə göndərmələrini və həmkarlıq etmələrini istəmişdir.
İclasda İslam Oyanışında Müsəlman qadının fiqhi, hüquqi, nəzəri əsasları, İslami Oyanışda qadınların ictimai, siyasi və mədəni rolu, bu sahədəki çatışmamalıqlar, ülgülər və qazandıqlarımız kimi mövzular müzakirə obyekti olacaqdır.
1017733