İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə sabah avqust ayının 6-da İİR-in Beynəlxalq Mədəni Əlaqələr institutunun Əlaqələr, İncəsənət və Mədəniyyət tədqiqat mərkəzinin təşəbbüsü ilə "Miyanmarda anti-müsəlmançılığın səbəb və nəticələri" adı altında elmi konfrans keçiriləcəkdir.
Beynəlxalq Mədəni Əlaqələr institutunun İslam Dünyasının Mədəni Mütaliələri qrupunun vasitəsilə keçirilən bu toplantıda Nozər Şəfii – İsfahan universitetinin elmi heyətinin üzvi, Milli Təhlükəsizlik və İslam Şurası Məclisinin Xarici siyasət komissiyonunun üzvi, çıxış edəcəkdir.
Bu toplantıda Miyanmar müsəlmanlarının tarixi keçmişi, Miyanmarın ictimai vəziyyəti və bunun müsəlmanlara təsiri, Miyanmarın iqtisadi vəziyyəti və bunun anti-müsəlmançılığa təsiri və Müsəlmanlar əleyhinə zorakılıq aktları və beynəlxalq ictimaiyyətin buna reaksiyası barədə müzakirələr aparılacaqdır.
1070129