IQNA

"İbrahim Həcc"i ziyarətçilərin cismi sağlamlığında güclü təsirə malikdir

9:52 - September 08, 2012
Xəbər sayı: 2406947
Sağlamlıq qrupu: Səhiyyə Nazirliyinin Tibbi Təhsil, Tədqiqat və Texnologiya üzrə Vitse-kansleri, dedi: Böyük İbrahim Həcci konqresində iştirak etmək və Həcc ayinlərini yerinə yetirmək ruhi və psixoloji sakitçiliyə səbəbdir və cismi xəstəliklərin də sağalmasında güclü və əhəmiyyətli təsirə malik ola bilər.
Mustafa Qanei Səhiyyə Nazirliyinin Tibbi Təhsil, Tədqiqat və Texnologiya üzrə Vitse-kansleri, İslami ölkələrin Tibbi Həcc toplantısının haşiyəsində İQNA ilə müsahibəsində Həcc ayinlərinin yerinə yetirilməsi və insanın mənəvi, psixi və cismi sağlamlığı arasında birbaşa rabitə olmasına işarə edərək deyib ki, müsəlmanların Həcc mərasimi zamanı yüksək mənəvi fəzaya düşməsi onların ruhi və psixi sakitçiliyinə səbəb olur. Həcc əməllərini yerinə yetirmək hacıların mənəvi sağlamlığını yüksəldir.
Müxtəlif elmi mütaliələr göstərib ki, insanların mənəvi və ruhi vəziyyəti cismi xəstəliklərin kontrolunda əhəmiyyətli təsirə malikdir. Belə ki, ruhi vəziyyətin yüksəlişi ilə cismi xəstəliklərdə yaxşılaşır.
İnsanın psixalogiyasının onun cismi vəziyyəti və sağlamlığı ilə yaxın rabitəsi var. Yüksək ruhiyyə cismi sağlamlığı təmin edir. Ruhiyyə zəif olarsa bədənin təhlükəsizlik sistemi xəstəlik virusları qarşısında zəifləyir.
Həcc ayinləri də insanın ruhi vəziyyətini yaxşılaşdırdığı üçün bu bir başa onun cismi sağlamlığında da təsir qoyur. Biz mütaliələrimizdə dəfələrlə bunun şahidi olmuşuq.
Buna görə də şübhəmiz yoxdur ki, yalnız dini göstərişlərə əməl etməklə insan və ictimaiyyət öz cismi və ruhi sağlamlığını qoruya bilər.
1093019
captcha