IQNA

İİR-nın Dini Elmi Hövzələrinin yeni dərs ili başladı

10:13 - September 08, 2012
Xəbər sayı: 2406971
Dini Elmi Hövzələr qrupu: Dini Elmi Hövzələrinin yeni dərs ilinin açılış mərasimi Ayətullah əl-uzma Məkarim Şirazinin çıxışı ilə başladı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İİR-nın Dini Elmi Hövzələrinin yeni dərs ilinin açılış mərasimi bu gün sübh (8 sentyabr) Feyziyyə mədrəsəsinin toplanış zalında Ayətullah əl-uzma Məkarim Şirazinin çıxışı ilə başladı.
Bu xəbərə görə Ayətullah əl-uzma Məkarim Şirazi açılış mərasimində çıxış etmiş və həmçinin Ayətullah Müqtədayi və Ayətullah Hüseyni Buşəhri (elmi hövzələrin qədim və yeni müdirləri) keçən illərdə əldə olunmuş nailiyyətlər, görülən işlər və icrası lazım olan proqramlar haqqında danışıblar.
Bu mərasim hal-hazırda İranın Maarif radiosundan yayınlanır.
1093561
captcha