IQNA

Qazaxıstanda Rus dilində İslam Maarifi təlim kursları keçiriləcək

9:01 - October 30, 2012
Xəbər sayı: 2440156
Quran üzrə fəaliyyətlər qrupu: Qazaxıstanda keçiriləcəyi proqramlaşdırılan Rus dilində İslam Maarifi təlim kurslarında iştirak etmək istəyənlərin üzvliyə alınması üçün sabah, 1 noyabr tarixində qeydiyyat başlayır.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Mərkəzi Asiya Regionu üzrə şöbəsinin verdiyi xəbərə görə bu kurslarda Quran-Kərimin "Təcvid"lə oxunuş qaydaları, İslam Elmlərinin Əsasları və İslam Təlimləri tədris ediləcəkdir.
İslam Maarifinin tədris və təlim kurslarında 25 nəfər öyrənci iştirak edəcək. Təlim dərsləri İslam Maarifi mütəxəssisi olan İslamşünas Əlişir Tişəbayev tərəfindən tədris olunacaqdır.
Təlim kursları hər həftənin 3-cü günləri yerli vaxtla axşam saat 7:00-dən 9:00-dək və həftənin 6-cı günləri 14:00-dan 16:00-dək keçiriləcəkdir.
1128228
captcha