İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Hurriyet Daily News" qəzetinə istinadən verdiyi xəbərə görə Haldun Özkan – Türkiyənin Atatürk universitetinin usatdı, bu barədə deyir: 15 və 16-cı Hicri-Qəməri əsrinə aid olan bu qədim Quran nüsxələri qablaşdırılmış halda yerin iki metr dərinliyində gizlədilmişdilər.
Bu bağlamada biz 1916-cı il tarixli əlyazma bir məktubda tapdıq ki, Hərbi Dəniz Qüvvələrinin zabitlərindən birinə aid idi.
Hüseyin Yurttaş – Atatürk universitetinin Tarix və İncəsənət fakultəsinin rəisi, bu barədə dedi: Biz 2011-ci ildən bu tarixi ərazidə qazıntı işlərinə başlamışıq və indiyədək çoxlu əlyazma nüsxələri tapılıbdır ki, onların çoxu rütubət götürdüyü üçün oxumaq yararlı deyildir. Bu qazıntıda tapılan Quran nüsxələrindən biri 37 kq çəksində və qızıl vərəqlər üzərində yazılmışdır.
Qazıntıda tapılan Quranlar incəsənət baxımından çox qiymətli sayılır. Amma təəssüflər ki, bu Quranların xətattları bizə məlum deyildir.
1141815