IQNA

QMİ Azərbaycan müsəlmanlarına başsağlığı verib

16:13 - December 12, 2014
Xəbər sayı: 2617804
Xarici şöbə: Azərbaycan Respublikası Qafaz Müsəlmanları İdarəsi Peyğəmbərimizin (s) nəvəsi Həzrət İmam Hüseynin (ə) Kərbəlada şəhadətinin qırxıncı (ərbəin) günü münasibətilə müsəlmanlara başsağlığı verib. Bu münasibətlə Bakı məscidlərində müxtəlif mərasimlər keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Azərbaycan KİV-lərinə istinadən verdiyi xəbərə görə, Bakı məscidlərində “Ərbəin” günü ilə bağlı müxtəlif mərasimlər keçiriləcək.
Mərasimlər paytaxtın "Hüseyniyyə", "Məşhədi Dadaş", "İmam Hüseyn", "Xanım Zəhra", "Hacı Cavad", "Hacı Soltanəli", "Qasımbəy" o cümlədən Bakı kəndlərinin əksər məscidlərində keçiriləcək. Mərasimlərdə “Ərbəin” günü ilə bağlı məlumatlar veriləcək.
Qeyd edək ki, Hicri-qəməri tarixinin ikinci ayı yəni səfərin 20-i İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin 40-cı gününə təsadüf edir ki, bu günü müsəlmaların əksəriyyəti matəm günü kimi qeyd edirlər.

Teqlər: bakı ، qmİ ، Ərbəin ، dadaş ، soltanəli
captcha