IQNA

Qüdsün böyük yepiskopu vurğuladı:

Müsəlmanların və məsihilərin sionist rejimi qarşısında vəhdəti zəruridir

8:33 - December 17, 2014
Xəbər sayı: 2620284
Beynəlxalq qrup: "Mətran Ətaullah Həna" - Qüdsün böyük yepiskopu, sionist rejiminin Beytul-müqəddəsdə İslami müqəddəslərə təcavüzünü kəskin şəkildə pisləyərək bu rejimin mənfur proqramlarının icrasının qarşını almaq üçün Müsəlmanların və məsihilərin sionist rejimi qarşısında vəhdətinin zəruri olduğunu vurğuladı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Livanın "əl-məyadin" peyk TV kanalına istinadən verdiyi xəbərə görə "Mətran Ətaullah Həna" - Qüdsün böyük yepiskopu, sionist rejiminin Beytul-müqəddəsdə İslami müqəddəslərə təcavüzünü kəskin şəkildə pisləyərək bu rejimin irqçilik zəmnində mənfur proqramlarının icrasının qarşını almaq üçün Müsəlmanların və məsihilərin sionist rejimi qarşısında vəhdətinin zəruri olduğunu vurğuladı.



O əlavə etdi: Ərəblər bizi tərk edib və öz daxili çəkişmələrinə məşğuldurlar. Bizim üçün təkcə "Beytul-müqəddəs" əhalisi qalıb. Onlar yalın əl ilə irqçi və işğalçı sionist rejiminin qoşunları qarşısında dayanıblar.



O dedi: Büytul-Müqəddəs işğalçıların bütün hiylələrinə və onların "byetul-müqəddəs"in tarixi nişanələrini məhv etmək istəyinə baxmayaraq həmişə ərəb qalacaqdır. 

Teqlər: sionist ، büytul ، müqəddəs ، israil ، Ərəb
captcha